|
|
| [ 01.08.2008 ] Ombudsman Yardımlıda ictimai dinləmələr keçirmişdir |
| Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi vəziyyətinin monitorinqi məqsədilə Yardımlı rayonunda ictimai dinləmələr keçirmişdir. |
|
| [ 31.07.2008 ] İctimai dinləmələr Lerikdə davam etdirilmişdir |
| Lerik rayonunda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı ictimai dinləmələr davam etdirilmişdir. Fəal fikir mübadiləsi şəraitində keçirilmiş tədbirdə rayonun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, ictimai təşkilatlar və KİV-lərin, habelə yerli icmaların və milli azlıqların nümayəndələri iştirak etmişlər. |
|
| [ 30.07.2008 ] İctimai dinləmələr Astarada davam etdirilmişdir |
| Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi vəziyyətinin monitorinqi məqsədilə Astara rayonunda ictimai dinləmələri davam etdirmişdir. |
|
| [ 30.07.2008 ] İnsan Hüquqları üzrə Müvəkkil Lənkəranda ictimai dinləmələr təşkil etmişdir |
| Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova dövlət başçısının müvafiq sərəncamı ilə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə ölkəmizin bütün rayonlarını əhatə edəcək ictimai dinləmələr keçirir. |
|
| [ 27.06.2008 ] Ombudsmanın Çevik Araşdırma Qrupu polis bölmələrinə və MST-lərə |
| Polis idarələrinin müvəqqəti saxlama təcridxanalarında (MST) və polis bölmələrinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin şəraitini, eyni zamanda, onlara qarşı qanunazidd rəftara, şəxsiyyəti alçaldan hərəkətlərə yol verilib-verilməməsi, tutulub saxlanılarkən Azərbaycan Respublikasının Cinayət Prosessual qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Çevik Araşdırma Qrupu mütəmadi olaraq baxışları davam etdirir. |
|
|
 |

|
|
 |
|