|
|
| [ 29.12.2008 ] Ombudsman yetkinlik yaşına çatmayan, habelə qadın məhkumları Yeni il münasibətilə təbrik etmişdir |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova əlamətdar günlərdə, bayramlarda bir ənənə olaraq əhalinin daha çox ehtiyaclı təbəqələrinə, əlillərə, ahıllara, tənha qocalara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, o cümlədən yetkinlik yaşına çatmayan və qadın məhkumlara baş çəkir, onların vəziyyəti, problemləri ilə maraqlanır. |
|
| [ 22.12.2008 ] Ombudsmanın nümayəndələri 6 və 11 saylı cəzaçəkmə müəssisələrinə baxış keçirmişlər |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 11 saylı cəzaçəkmə müəssisələrinə baxış keçirmiş, məhkumlarla görüşmüşlər. |
|
| [ 18.12.2008 ] OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI PENİTENSİAR XİDMƏTİN MÜALİCƏ MÜƏSSİSƏSİNƏ BAXIŞ KEÇİRMİŞLƏR |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ombudsman E.Süleymanovanın tapşırığına əsasən, məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma şəraitinin öyrənilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsində saxlanılan məhkum Elçin Əmiraslanovla və digər məhkumlarla görüşmüşlər. |
|
| [ 04.12.2008 ] OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI 1 SAYLI İSTİNTAQ TƏCRİDXANASINDA OLMUŞLAR |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, ünvanına daxil olmuş müraciətləri araşdırmaq məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bayıldakı 1 saylı istintaq təcridxanasında olmuşlar. |
|
| [ 07.11.2008 ] Gürcüstanda cəza çəkən azərbaycanlı məhkumların vəziyyəti Azərbaycan Ombudsmanının diqqətindədir |
| Ölkəmizdə, həm də xarici dövlətlərdəki penitensiar müəssisələrdə cəza çəkən soydaşlarımızın vəziyyəti İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın daim diqqət mərkəzindədir. |
|
| [ 31.10.2008 ] Ombudsmanın nümayəndələri Qobustan qapalı həbsxanasına baxış keçirmişlər |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan qapalı həbsxanasına baxış keçirmiş orada saxlanılan ömürlük və müddətli həbs cəzasına məhkum edilmiş məhkumlarla görüşmüş, onların saxlanılma şəraiti araşdırılmışdır. |
|
| [ 30.10.2008 ] Ombudsmanın nümayəndələri 12 və 14 saylı cəzaçəkmə müəssisələrinə baxış keçirmişlər |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 və 14 saylı cəzaçəkmə müəssisələrinə baxış keçirmiş, məhkumlarla görüşmüşlər. |
|
| [ 21.10.2008 ] OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI 3 SAYLI İSTİNTAQ TƏCRİDXANASINDA ARAŞDIRMA APARMIŞLAR |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, ünvanına daxil olmuş müraciətləri araşdırmaq məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasında olmuşlar. |
|
| [ 15.09.2008 ] Ombudsman Aparatının əməkdaşları yetkinlik yaşına çatmayan məhkumlarla görüşmüşlər |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində məhkumların hüquqlarının müdafiəsi mühüm istiqamətlərdəndir. Azyaşlı məhkumların saxlanılma şəraiti, sağlamlıq vəziyyəti, təhsili, cəmiyyət üçün yararlı vətəndaşlar kimi formalaşdırılması Müvəkkilin daim diqqət yetirdiyi məsələlərdəndir. O, yeniyetmə məhkumların onların hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmək məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsinə baxışlar keçirir. O, məhkumların saxlanılma şəraiti ilə tanış olur, onlara qarşı rəftarın vəziyyətini, ümumən, problemləri öyrənir, həllində yardımçı olur. |
|
| [ 13.06.2008 ] 10 və 11 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ MONİTORİNQ APARILMIŞDIR |
| Xəbər verildiyi kimi, bu il iyunun 18-də ölkəmizdə ilk dəfə olaraq geniş qeyd ediləcək Milli İnsan Hüquqları günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 19-dan iyunun 18-dək ölkədə İnsan Hüquqları aylığı keçirilir. Həmin aylıq çərçivəsində insan hüquqları üzrə silsilə tədbirlər, dəyirmi masalar, seminarlar, monitorinqlər və baxışlar təşkil olunur. |
|
1 |
 |

|
|
 |
|