|
|
| [ 23.09.2008 ] Ombudsman İrlandiyada keçirilmiş beynəlxalq konfransdan qayıtmışdır |
| Bu günlərdə İrlandiyanın paytaxtı Dublin şəhərində Avropanın 34 ölkəsinin on illik təcrübəsi olan Uşaq Haqları Ombudsmanları Şəbəkəsinin (ENOC) XII illik konfransı keçirilmişdir. Mötəbər beynəlxalq tədbirə müxtəlif ölkələrin dövlət və ictimai xadimləri, insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində nüfuzlu beynəlxalq ekspertlər, milli insan hüquqları təsisatlarının təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri qatılmışlar. |
|
| [ 25.06.2008 ] Ombudsman İsveçin İnteqrasiya və Gender Bərabərliyi Nazirliyinin məsul əməkdaşını qəbul etmişdir |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İsveçin İnteqrasiya və Gender Bərabərliyi Nazirliyi Gənclər siyasəti və QHT-lərlə iş şöbəsinin direktor müavini Anna Karin Lindblomu qəbul etmişdir. |
|
| [ 05.06.2008 ] E.Süleymanova Xirosima şəhərində Beynəlxalq forumda iştirak etmişdir |
| Bu günlərdə Yaponiyanın Xirosima şəhərində Uşaqlar üçün Qlobal Dini Şəbəkə (UQDŞ) tərəfindən üçüncü beynəlxalq Forum keçirilmişdir. Forumda ölkəmizi Azərbaycan Respublikasının İnsan Hüquqları üzə Müvəkkili Elmira Süleymanova, həmçinin Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin üzvləri Aygün Hüseynli və Aydan Allahyarova təmsil etmişlər. |
|
| [ 03.06.2008 ] Ombudsman Aparatının nümayəndəsi beynəlxalq tədbirdə iştirak etmişdir |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvvəkkili Aparatının şöbə müdiri Vüqar Məhərrəmov bu günlərdə Rusiya Federasiyasının Puşkin şəhərində (Sankt-Peterburq yaxınlığında) “Polisin fəaliyyəti ilə bağlı şikayətlər--milli strukturlarda insan hüquqları sahəsində müraciətlərin araşdırılması” mövzusunda beynəlxalq tədbirdə iştirak etmişdir. |
|
| [ 12.05.2008 ] E.Süleymanova Varşavada keçiriləcək beynəlxalq konfransa dəvət olunmuşdur |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 15 may 2008-ci il tarixdə Varşava şəhərində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illik yubileyi və Polşa Ombudsman İnstitutunun yaradılmasının 20-ci ildönümü münasibətilə keçiriləcək beynəlxalq konfransa dəvət olunmuşdur. |
|
| [ 06.05.2008 ] Ombudsman Aparatının əməkdaşı ABŞ-da hüququn aliliyi və insan hüquqları sahəsində keçirilən təcrübə mübadiləsi proqramında iştirak etmişdir |
| Amerika Beynəlxalq Təhsil Şurasının maarifləndirmə istiqamətində həyata keçirdiyi proqram çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Amerika Birləşmiş Ştatlarında Amerika hüquq sistemi və insan hüquqlarının müdafiəsi sahəsində təcrübə keçmək məqsədi ilə Kentuki Ştatının Luivil şəhərinə səfər etmişdir. |
|
| [ 07.04.2008 ] E.Süleymanova Litva Ədliyyə Nazirliyinin əməkdaşlarını qəbul etmişdir |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin çoxşaxəli fəaliyyətində digər hüquqlarla yanaşı, vətəndaşların mülkiyyət hüququnun da müdafiəsi və həyata keçirilməsi mühüm istiqamətlərdəndir. |
|
| [ 29.03.2008 ] OMBUDSMAN TƏSİSATININ NÜMAYƏNDƏLƏRİ VARŞAVADA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verir. |
|
| [ 17.03.2008 ] Ombudsman K. Adenauer Fondunun nümayəndəsi ilə görüşmüşdür |
| Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Almaniyanın Konrad Adenauer Fondunun nümayəndəsi Katya Kristina Plate Leyterini qəbul etmişdir. |
|
| [ 13.03.2008 ] Ombudsman beynəlxalq eksperti qəbul etmişdir |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova S.Rausinq Fondu və Açıq Cəmiyyət İnstitutunun Cənubi Qafqaz üzrə məsləhətçisi cənab Daniel Serşeni gəbul etmişdir. |
|
1 |
 |

|
|
 |
|