• Müvəkkil
  • Regional mərkəzlər
  • Şikayətlər
  • Bəyanatlar
  •   Russian English
  • Xəbərlər
  • Səhifənin xəritəsi
  • Əlaqələr





  • Yeni bülletenlər

    UŞAQ HÜQUQLARI ÜZRƏ TƏDBİR KEÇİRİLMİŞDİR

        Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri Zaur Əliyev və Müvəkkil yanında Uşaq Hüquqları Mərkəzinin əməkdaşı Faiq Ağayev Bakı şəhəri 134 saylı orta məktəbin 9-10-cu siniflərinin fəalları ilə görüş keçirmişlər.
        Tədbirdə şagirdlərə insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının tarixi və nəzəri əsasları, Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının təmin edilməsində Ombudsmanın rolu və uşaqlara dair həyata keçirilən dövlət proqramları haqqında ətraflı məlumat verilmişdir.
       Qeyd olunmuşdur ki, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə layihə çərçivəsində Ombudsman təsisatı yanında Uşaq Hüquqları Mərkəzi yaradılmışdır. Həmin Mərkəzin regionlarda maarifləndirmə işi aparılması, uşaq evlərində və internat məktəblərində uşaqlara qarşı zorakılıq hallarının səbəblərinin araşdırılması və gələcəkdə bu cür halların qarşısının alınması üçün tədbirlərin təşkili ilə bağlı fəaliyyəti diqqətə çatdırılmışdır.
        Həmçinin, görüş zamanı şagirdlərə dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutlaşma) və Alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) həyata keçirilməsi prosesinin səmərəliliyini artırmaq, uşaqların vəziyyətini araşdırmaq məqsədilə Müvəkkilin təşəbbüsü əsasında mütəmadi monitorinqlərin keçirildiyi, bu uşaqların təhsilə cəlb olunması, onlara səhiyyə və reabilitasiya xidmətlərinin göstərilməsinin vəziyyətinin öyrənildiyi barədə məlumat verilmişdir.
        Müvəkkilin nümayəndələri uşaqları maraqlandıran sualları ətraflı cavablandırmışlar. Görüş qarşılıqlı fikir mübadiləsi, canlı diskussiya şəraitində davam etmişdir.


    12.03.2008 | 

    Geri 



    Yeni bülletenlər
    [ 30.08.2008 ] OMBUDSMANIN QƏBUL OTAĞINDAN

    [ 30.08.2008 ] DÖVRİ MƏTBUATDA DƏRC OLUNAN YAZILAR

    [ 30.08.2008 ] AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI

    [ 30.08.2008 ]  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI

    [ 27.08.2008 ] Ombudsmanın müraciətləri əsasında bu günədək 240 məhkum əfv olunmuşdur

      © 2007  Ombudsman.gov.az