G İ R İ Ş
Sosial rifahın hökm sürdüyü və cəmiyyətlə qarşılıqlı
anlaşma və etimad şəraitində yaşayan demokratik hüquqi dövlətin
yaradılması yolu ilə cəsarətli addımlarla irəliləyən ölkəmizin əsas
vəzifəsi Azərbaycan Respublikasının Konstitusiyasına ciddi əməl
olunmaqla qanunun aliliyinin, habelə hər bir şəxsin hüquqlarının və
azadlıqlarının təmin edilməsi, eyni zamanda demokratiyanın və
demokratik təsisatların inkişaf etdirilməsidir.
İnsan hüquqlarının müdafiəsi və etibarlı təmin
edilməsi, demokratik idarəetmənin təkmilləşməsi, dövlətçiliyin
möhkəmləndirilməsi məqsədi ilə yaradılmış, Azərbaycan Respublikasının
Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və
yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan
hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə təsis olunmuş,
məhkəmədənkənar hüquq müdafiə orqanı olan Müvəkkil təsisatının da bu
sahədə müəyyən rolu olmuşdur.
Müvəkkil hər hansı bir hakimiyyət səlahiyyətlərinə
malik olmasa da, əslində, ötən dövr ərzində hakimiyyət səlahiyyətlərini
aşan, dövlət idarəçiliyi qaydalarını özbaşınalıqla əvəz etməklə insan
hüquq və azadlıqlarının pozulmasına şərait yaradan, qanunla müəyyən
edilmiş tələblərə əməl etməyən məmurları hüquqa və qanunlara hörmətlə
yanaşmağa dəvət etmişdir.
Konstitusiya Qanununa əsasən, Müvəkkilin fəaliyyəti
insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının
bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini
məhdudlaşdırmır və əvəz etmir. Bununla belə, Müvəkkil bu sahədə onların
işinin təkmilləşdirilməsinə təsir və yardım etmək imkanlarını
əsirgəməmiş, aşkar edilmiş çatışmazlıqlara və problemlərə, o cümlədən
bu və ya digər dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkəti
(hərəkətsizliyi) ilə bağlı olan hallara diqqəti cəlb etmiş, bununla da
o, insan hüquqlarının daha dolğun həyata keçirilməsinə yardım etmişdir.
Hüquqların bərpası ilə bağlı olan işlərin əsas
hissəsi poçt vasitəsi ilə Müvəkkilin ünvanına daxil olan yazılı
müraciətlərdən ibarət olmuş, həmin müraciətlərin araşdırılması və
cavablandırılması Konstitusiya Qanunu ilə müəyyən edilmiş tələblər
çərçivəsində həyata keçirilmişdir. Bundan başqa, vətəndaşlar öz
müraciətlərini Müvəkkilə çatdırmaq üçün müxtəlif vasitələrdən istifadə
etmişlər. Müvəkkilin regional mərkəzləri, «”Çevik Araşdırma Qrupu»nun
«”qaynar xətt”i», Müvəkkil aparatının əməkdaşlarının cəzaçəkmə
müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma
yerlərində baxışların, hərbi hissələrdə, uşaq evlərində, internatlarda,
qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrdə və
qəsəbələrdə, habelə səhiyyə, əhalinin sosial müdafiəsi obyektlərində
görüşləri zamanı qəbul etdikləri müraciətlər bu imkanlar sırasındandır.
Qeyd edilən dövr ərzində Müvəkkilin ünvanına daxil
olan müraciətlərin sayı əvvəlki illərə nisbətən çox olmuşdur. Belə ki,
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına 18.260 müraciət, o
cümlədən 2002-ci ilin son iki ayı ərzində 794, 2003-cü ildə 3.706,
2004-cü ildə 6.300, 2005-ci ildə isə 7.460 müraciət daxil olmuşdur.
Göründüyü kimi, 2004-cü ilə nisbətən 2005-ci ildə müraciətlərin saıyı
18 % çoxdur.
Müvəkkilin ünvanına daxil olan müraciətlərin 92,7
%-i şikayətlər, 7,1 %-i ərizələr, 0,2 %-i isə təkliflərdən ibarət
olmuşdur.
Bu şikayətlərin 38,2 %-i vətəndaş və siyasi
hüquqların, 61,8 %-i isə iqtisadi, sosial və mədəni hüquqların
pozulması ilə bağlı olmuşdur.
Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq
olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin
hüquqlarının pozulduğu gündən bir il müddət keçməsi, anonim olması,
şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş
şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən 51,6
%-nin baxılmasından imtina etmişdir.
Şikayətlərin 48,4 %-i baxılmaq üçün icraata qəbul edilmişdir.
Bunların da 44,1 %-i vətəndaş və siyasi hüquqların,
55,9 %-i isə iqtisadi, sosial və mədəni hüquqların pozulması ilə bağlı
olmuşdur.
Həmin şikayətlərin 58,4 %-də insan hüquq və
azadlıqlarının pozulması halları aşkar edilməmiş, 37,1 %-də isə aşkar
edilmişdir.
Baxılmaq üçün qəbul edilmiş şikayətlərin 25,8 %-i
tam və 5,9 %-i qismən təmin olunmuş, 5,4 %-i isə təmin edilməmişdir.
İnsan hüquqlarının müdafiəsini həyata keçirən bu
konstitusion təsisatın effektivliyinin artırılmasının başlıca əhəmiyyət
kəsb etdiyi nəzərə alınaraq, illik məruzədə Azərbaycanda insan və
vətəndaş hüquqlarının və azadlıqlarının vəziyyətinə dair
ümumiləşdirilmiş təhlil, bu sahənin prioritet təşkil edən istiqamətləri
ilə bağlı nəticə və tövsiyələr təqdim edilmişdir.
I fəsil.
Müvəkkilin insan hüquqlarının və
azadlıqlarının
müdafiəsi sahəsində fəaliyyəti
1.1. Vətəndaş və siyasi hüquqların müdafiəsi
Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində
olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər
və Azərbaycan Respublikasının ərazisindən gedə bilər. Ölkə
vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi, istifadə müddəti
bitməkdə olan keçmiş SSRİ pasportlarının dəyişdirilməsi, vətəndaşların
ümumvətəndaş pasportları ilə təmin edilməsi prosesinin gedişində
süründürməçiliklə və məmur özbaşınalığı ilə bağlı Müvəkkilin ünvanına
çoxsaylı şikayətlər daxil olmuşdur.
Qeyd edilən hallar vətəndaşın ölkə konstitusiyası
ilə müəyyən edilmiş bir sıra hüquq və azadlıqlarının həyata
keçirilməsinə mane olmaqla yanaşı, Milli Məclisə seçkilərin keçirildiyi
2005-ci ildə Müvəkkili də dərindən narahat etmişdir.
Zahirən sadə bir məsələ kimi görünsə də, aydındır
ki, şəxsiyyət vəsiqəsi olmadan insanlar ölkə Konstitusiyası ilə müəyyən
edilmiş bir çox hüquqlarını demək olar ki, gerçəkləşdirə bilmirlər.
Ölkədə bir milyon qaçqının və məcburi köçkünün
olması, əhalinin nizamsız miqrasiyası, mənzil problemləri, habelə digər
səbəblərdən asılı olaraq yaşayış yeri üzrə qeydiyyatı olmayan bir çox
vətəndaşlarla yanaşı, daimi qeydiyyatı olan vətəndaşlar da şəxsiyyət
vəsiqəsinin alınmasında çətinliklərlə üzləşmişlər. Belə ki, polis
orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmələrində bir çox
hallarda vətəndaşlardan dövlət rüsumundan artıq məbləğdə rüşvət
şəklində pul tələb edilməsi kütləvi hal almışdı. Seçkiqabağı
monitorinqin nəticəsində bir çox rayonlarda əhalinin təxminən yarısının
şəxsiyyət vəsiqəsi olmadığı da müəyyən edilmişdir.
Bu da bir həqiqətdir ki, seçkilərdən əvvəl DİN
tərəfindən aparılmış əməli iş, habelə bütün bölmələrin gərgin işi və
mütəşəkkil təşkilatçılığı nəticəsində şəhərlərdə və kənd rayonlarının
demək olar ki, hər bir yaşayış məntəqəsində, hətta ucqar kəndlərdə
belə, qan qrupu yerində müəyyən edilməklə və fotoşəkillər çəkilməklə
şəxsiyyət vəsiqəsi olmayan vətəndaşlar, o cümlədən aztəminatlı
ailələrin üzvləri, ahıllar, əlillər, yataq xəstələri, demək olar ki,
əhalinin 92-95 faizi böyük mütəşəkkilliklə qısa müddətdə şəxsiyyət
vəsiqəsi ilə təmin edilmişdir. Odur ki, artıq bununla bağlı
şikayətlərin sayı kəskin şəkildə azalmışdır.
Daimi yaşayış yerinin olmaması səbəbindən Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində
köməklik göstərilməsi ilə bağlı Müvəkkilin ünvanına daxil olmuş
çoxsaylı şikayətlər hər bir halda öz həllini tapmış və pozulmuş
hüquqlar bərpa edilmişdir.
Polis orqanları tərəfindən vətəndaşların öz
mənzillərinə qeydiyyata alınması sahəsində də süründürməçilik halları
olmuşdur. Bu isə vətəndaşın vaxtında şəxsiyyət vəsiqəsi ilə təmin
edilməsinə imkan verməmişdir. Müvəkkilin müvafiq polis orqanlarına
müraciətlərindən sonra bununla bağlı bir sıra şikayətlər öz həllini
tapmışdır.
Daimi qeydiyyatları olan və şəxsiyyət vəsiqəsinin
verilməsində çətinliklərlə üzləşərək Müvəkkilə müraciət edən
vətəndaşların şikayətləri öz həllini tapmışdır.
Mənzilə orada yaşayanların iradəsinin ziddinə daxil
olmağa yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir.
Mənzildə qanunsuz axtarış və götürmə mənzil toxunulmazlığını pozur.
Bunda günahkar olan şəxslərin isə məsuliyyətə cəlb edilməsi insan
hüquqlarına hörmət və onun müdafiəsi baxımından son dərəcə zəruridir.
Hüquq-mühafizə orqanları vətəndaşların mənzil toxunulmazlığı hüququnun
qorunması sahəsində olan problemlərin aradan qaldırılması məqsədi ilə
ciddi tədbirlər həyata keçirməli, ölkə konstitusiyasında təsbit edilmiş
bu hüququn qorunması istiqamətində səylərini əsirgəməməlidirlər.
Azadlıq, şərəf və ləyaqətin müdafiəsi, habelə
tutulan, həbsə alınan və cinayətin törədilməsində ittiham edilənlərin
hüquqlarının bəzən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən
pozulması narahatlıq doğurur.
Ötən dövrdə Müvəkkil və aparatın əməkdaşları insan
hüquqlarının və azadlıqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi,
o cümlədən daxil olmuş şikayətlərdə, kütləvi informasiya vasitələrində
qeyd edilən hüquqların pozulması ilə bağlı öz əksini tapmış
məlumatların yoxlanılması və araşdırılması məqsədilə Konstitusiya
Qanununa əsasən, ona verilmiş səlahiyyətlərdən istifadə edərək müntəzəm
olaraq şəhər və rayon polis idarə və şöbələrinin, habelə Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanalarına,
həmçinin istintaq təcridxanalarına ümumilikdə 220-dən artıq baxış
keçirmişlər.
Bu baxışlar zamanı Müvəkkil orada saxlanılan
şəxslərlə görüşmüş, onların təklif, ərizə və şikayətlərini dinləmiş,
hüquqlarını izah etmiş, saxlanılma şəraitləri, vəkillə təmin
olunmaları, qidalanmaları, göstərilən tibbi xidmətin səviyyəsi ilə,
onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən
sənədlərlə tanış olmuş, saxlanılma şəraitinin təkmilləşdirilməsi ilə
əlaqədar öz tövsiyələrini vermişdir. Bu görüşlər zamanı bir çox
hallarda həmin şəxslər saxlanılma şəraitlərindən şikayətlərinin
olmadığını, normal qidalandırıldıqlarını, onlara qarşı işgəncə və
qeyri-insani rəftar hallarına yol verilmədiyini bildirmişlər.
Bütövlükdə, cari ildə ölkə üzrə müvəqqəti saxlama
təcridxanalarında əsaslı təmir və ya yenidənqurma işləri aparılmış,
habelə bir çox təcridxanalarda ibadət otaqları təşkil edilmiş, həmin
yerlərdə saxlanılma şəraitinin Avropa standartlarına uyğunlaşdırılması
məqsədi ilə mühüm işlər görülmüşdür.
Əksər hallarda Müvəkkil və ya aparatın əməkdaşları
tərəfindən müvəqqəti saxlama təcridxanalarına baxışlar zamanı bunun
üçün qanuni şərait yaradılsa da, bəzi hallarda polis idarə, şöbə və ya
bölmələrinin rəisləri tərəfindən buna maneə yaradılmışdır.
Qeyd edilənlərlə yanaşı, bəzən şəhər və rayon polis
idarə və şöbələrinin rəislərinin öz səlahiyyət hədlərini aşaraq
müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxsin qanunvericiliyə
zidd olaraq müddətdən artıq saxlanılması ilə bağlı göstəriş verməsi
halları da aşkar edilmişdir. Belə hallara, məsələn, Nəsimi RPİ-də rast
gəlinmişdir.
Müvəkkil müvəqqəti saxlama təcridxanalarına silsilə
baxışlar keçirərkən Cəlilabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlama
təcridxanasında saxlanılan şəxslərin kameralarda nəzərdə tutulmuş
normadan artıq yerləşdirilməsi, habelə Cəlilabad, Goranboy və bəzi
rayonlarda isə təqsirləndirilən şəxslə inzibati qaydada həbs edilmiş
şəxsin birgə saxlanılması hallarını aşkar etmiş, müvafiq hallarda polis
şöbələrinin rəhbərlərinə və rayon prokurorlarına öz iradlarını
bildirmiş, bu qanun pozuntularının təcili aradan qaldırılmasını tələb
etmiş, eyni zamanda bununla bağlı Daxili işlər nazirinə məlumat
verilmişdir.
Müvəkkil bu və ya digər qanun pozuntuları və
çatışmazlıqlarla bağlı fikir, mülahizə, irad və təkliflərini müntəzəm
olaraq polis idarə və şöbələrinin rəhbərlərinə, habelə Azərbaycan
Respublikasının Baş prokurorluğuna və Daxili İşlər Nazirliyinə
bildirmiş, nəticədə onların aradan qaldırılması, habelə təqsirkar
şəxslərin cəzalandırılmasına dair müvafiq tədbirlər görülmüşdür.
2005-ci il 25 yanvar tarixində Nardaranda baş vermiş
hadisələrlə bağlı təqsirli bilinərək fevralın 7-də həbs olunmuş yeddi
Nardaran sakini ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
müvəqqəti saxlama təcridxanasında görüşən Müvəkkil onların hər biri ilə
təkbətək söhbət etmiş, saxlanılan şəxslər saxlandıqları müddət ərzində
onlara qarşı zorakılığa, insan ləyaqətini alçaldan kobud rəftara yol
verilmədiyini, saxlanılma şəraitindən şikayətlərinin olmadığını
bildirmişlər. Müvəkkil onların ailə üzvləri ilə də görüşmüşdür.
Müvəkkil həmçinin istintaq təcridxanalarına da çoxsaylı baxışlar keçirmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin İstintaq
təcridxanasında saxlanılan akademik E.Salayev, sabiq səhiyyə və
iqtisadi inkişaf nazirləri, habelə digər şəxslərlə görüşən Müvəkkil
onların saxlanılma şəraitləri ilə yaxından tanış olmuşdur. Təkbətək
söhbət zamanı həmin şəxslər saxlanılma şəraitlərindən narazılıqlarının
olmadığını bildirmişlər. Müvəkkil Azərbaycan Respublikasının Baş
prokuroruna müraciət edərək E.Salayevin barəsində seçilmiş həbs
qətimkan tədbirinin dəyişdirilməsində köməklik göstərilməsini xahiş
etmişdir.
«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan
Bəşirlinin vəziyyətini Müvəkkil daim diqqətdə saxlamış, Ədliyyə
Nazirliyinin 1 saylı təcridxanasında onunla görüşmüş, saxlanılma
şəraiti ilə tanış olmuş, müalicəyə ehtiyacı olduğunu bildirən
R.Bəşirliyə həkim müayinəsindən keçməsində, onun tibb hissəsinin
stasionarına köçürülərək müalicə edilməsində yardımçı olmuşdur. Eyni
zamanda Müvəkkil həmin təcridxanada saxlanılan, təşkilatın sədr müavini
Ramin Tagıyevlə də görüşmüşdür. Onların hər ikisi saxlanılma
şəraitindən, istintaq təcridxanasının əməkdaşlarının münasibətindən
şikayətlərinin olmadığını bildirmişlər.
Azərbaycan öz müstəqilliyini bərpa etdiyi vaxtdan
ölkəmizdə dini dözümlülük hökm sürür. Respublikamızdakı müxtəlif
dinlərin və ayrı-ayrı təriqətlərin nümayəndələri öz münasibətlərini
qarşılıqlı hörmət prinsipləri əsasında qururlar.
Qeyd edilənlərlə yanaşı, bir sıra hallar narahatlıq
doğurur. Belə ki, istər Bakı şəhərində, istərsə də ölkənin digər
yerlərində məktəbyaşlı uşaqların dini ayinlərin icrasına, müxtəlif dini
sektaların fəaliyyətinə cəlb edilməsi bu sahədə ölkə qanunvericiliyinin
tələblərinin pozulmasına, həmçinin uşaqların milli-mənəvi dəyərlərə
zidd tərbiyə olunmasına şərait yaradır.
Bəzi dini təşkilatlar və ya icmalar tərəfindən dini
nifaq salınmasına xidmət edən kitabların ölkəyə gətirilməsi və
yayılması cəmiyyətdə qeyri-sabit mühitin əsaslarının qoyulmasına xidmət
edir.
Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq
azadlığı, eyni zamanda başqaları ilə birlikdə müvafiq dövlət
orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq,
yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər
düzəltmək hüququ vardır.
Məlumdur ki, Milli Məclisə seçkilərlə yadda qalmış
2005-ci ildə bir sıra mitinq və nümayişlər də keçirilmişdir. Təəssüf
hissi ilə qeyd edilməlidir ki, icazəsiz keçirilən aksiyalar bəzən
qarşıdurmasız ötüşməmişdir. Bunun əsas səbəbi isə qanunvericiliyin
tələblərinə zidd olaraq həmin aksiyaların icazəsiz həyata keçirilməsi
olmuşdur.
Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə
2005-ci il 6 noyabr tarixli seçkilərlə bağlı keçirilmiş icazəsiz
aksiyalar zamanı polis əməkdaşları tərəfindən zərər çəkmiş mitinq
iştirakçıları, eləcə də bu aksiyalarda zərər çəkmiş polis əməkdaşları
ilə xəstəxanalarda görüşmüş, həmçinin bu aksiyalar zamanı saxlanılmış,
yaxud həbs edilmiş mitinq iştirakçıları ilə müvəqqəti saxlanılma
təcridxanalarında görüşlər keçirmiş, onların saxlanılma şəraiti və
vəziyyəti araşdırılmış, nəzarətə götürülmüşdür.
Müvəkkil aşkar edilmiş pozuntularla bağlı Daxili
İşlər Nazirliyinə müraciət etmiş və belə hərəkətlərin dövlətimizin nail
olduğu beynəlxalq aləmdəki nüfuzuna mənfi təsir göstərdiyini, bu cür
davranışın yolverilməzliyinin ölkəmizdəki bəzi səfirlər və beynəlxalq
təşkilatlar, habelə xarici kütləvi informasiya vasitələri tərəfindən də
qeyd edildiyini bildirmiş, bununla yanaşı, əsas insan hüquq və
azadlıqları kimi şəxsi toxunulmazlığın, şərəf və ləyaqətin, sərbəst
toplaşmaq, fikir və söz azadlığının təmin edilməsi naminə ciddi
araşdırma aparılmasını, kütləvi informasiya vasitələrində yayılmış
məlumatların yoxlanılmasını, lüzumsuz güc tətbiq etmiş polis
əməkdaşlarının cəzalandırılması istiqamətində tədbirlər görülməsini
təklif etmişdir.
Bununla yanaşı, bəzi belə aksiyaların keçirilməsi zamanı zorakılıq
halları qeydə alınmamışdır.
Müvəkkil bu müddətdə ictimaiyyətlə və kütləvi
informasiya vasitələri ilə əlaqələrə mühüm yer vermişdir. 2005-ci il
iyulun 18-də Müvəkkil aparatında mətbuat və televiziya nümayəndələrinin
iştirakı ilə Azərbaycan milli mətbuatının 130 illiyinə həsr edilmiş
«Milli tərəqqi və mətbuatımız» mövzusunda keçirilmiş dəyirmi masada
mətbuat azadlığı və cəmiyyət qarşısında məsuliyyət, televiziya və
radionun nailiyyətləri və üzləşdiyi problemlər istiqamətində geniş
müzakirələr aparılmışdır.
Seçkilərin işıqlandırılmasında mətbuat
nümayəndələrinin əməyi danılmazdır. Seçki təbliğatının aparılmasında,
vətəndaşların bu kampaniyada fəal iştirakının təmin edilməsində
jurnalistlərin obyektiv çıxışlarına böyük ehtiyac duyulduğunu, KİV
nümayəndələri ilə sıx əməkdaşlıq edən Müvəkkil mətbuatda dərc edilmiş
yazılarda və elektron KİV-lərdə verilmiş materiallarda fikir plüralizmi
ilə yanaşı, obyektviliyin əsas götürülməsinin, cəmiyyətə qərəzsiz
informasiya çatdırılmasının zəruriliyini bildirmiş, seçki öncəsi
prosesləri işıqlandırarkən KİV-ləri obyektivliyə əməl etməyə, münaqişə
və qarşıdurma halları yaradan məlumatların yayılmasından yayınmağa,
əhalinin seçki mədəniyyətinə yiyələnməsi sahəsində maarifləndirmə
yazılarına geniş yer verməyə çağırmışdır.
Seçkilərin işıqlandırılması prosesinə qatılan
jurnalistlərin hüquqlarının müdafiəsi məsələsi də daim Müvəkkilin
diqqət mərkəzində olmuşdur. Seçkilərlə bağlı keçirilmiş aksiyaların
işıqlandırılması üzrə öz peşə borcunu yerinə yetirən jurnalistlərə
qarşı əsassız güc tətbiq edilməsinin yolverilməzliyini, hər bir
jurnalistə xidməti vəzifəsini yerinə yetirmək üçün normal şəraitin
yaradılmasını vacib sayan Müvəkkil təəssüf hissi ilə qeyd etmişdir ki,
belə aksiyalar zamanı bəzi KİV nümayəndələrinin hüquqları pozulmuş,
jurnalistlərə, o cümlədən «”Zerkalo”», «Yeni Müsavat”», «Aydınlıq”»
qəzetlərinin, «Azadpress» informasiya agentliyinin və «ANS»
telekanalının əməkdaşlarına qarşı kobud rəftar və əsassız güc tətbiq
etmə hallarına yol verilmişdir. Müvəkkil bu məsələ ilə bağlı Daxili
işlər nazirinə müraciət etmişdir.
«ANS»-in Şəki bürosunun bağlanması ilə əlaqədar
Milli Teleradio Şurasının sədrinə müraciət edən Müvəkkil yeni
fəaliyyətə başlamış bu qurumun yayımının dayandırılması ilə bağlı
məsələnin araşdırılmasında və qanun çərçivəsində həll edilməsində,
büronun fəaliyyətinin bərpa olunmasında köməklik göstərilməsi
məsələsini qaldırmışdır.
Demokratik cəmiyyətdə fikir və əqidə plüralizminin
dözümlülüklə qəbul edilməsi prinsipini müdafiə edən Müvəkkil əmindir
ki, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstü
ən yaxın zamanda açılacaqdır. Mətbuatın üzləşdiyi iqtisadi problemlərin
həllində dövlətin qayğısı da diqqətə layiqdir. «Qəzetlərin «Azərbaycan»
nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının ödənilməsi
haqqında» ölkə prezidentinin məlum sərəncamı bu baxımdan
təqdirəlayiqdir.
Vətəndaşların əsas hüquqlarından biri kimi seçki
hüququnun müdafiəsi, o cümlədən 2005-ci ilin 6 noyabr tarixində Milli
Məclisə keçirilən seçkilər də Müvəkkilin diqqət mərkəzində olmuşdur.
Parlament seçkilərinə hazırlıq dövründə və
seçkilərin keçirilməsi zamanı bu sahədə baş verə bilən qanun
pozuntularının qarşısını almaq, Milli Məclisə seçkiləri Seçki
Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra
hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə
yetirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin «Azərbaycan Respublikasında seçki praktikasının
təkmilləşdirilməsinə dair» 2005-ci il 11 may tarixli və seçki
təcrübəsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin
səmərəliliyinin artırılmasına yönəldilmiş «Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında» 2005-ci il 25 oktyabr tarixli
sərəncamlarının vətəndaşların seçki hüququnun təmin edilməsində xüsusi
əhəmiyyəti nəzərə alınaraq geniş maarifləndirmə işi aparılmışdır.
Müvəkkil və aparatın əməkdaşları respublikanın
ayrı-ayrı rayonlarında, qaçqınların və məcburi köçkünlərin
məskunlaşdığı yerlərdə, istintaq təcridxanalarında və cəzaçəkmə
müəssisələrində seçicilərin hüquqi mədəniyyətinin yüksəldilməsi ilə
bərabər demokratik, azad və şəffaf seçkilərin keçirilməsinə xidmət
edəcək maarifləndirmə tədbirləri həyata keçirmişlər. Müvəkkil
tərəfindən, həmçinin seçki hüququnu, səsvermə qaydalarını,
müşahidəçilərin hüquq və vəzifələrini, habelə jurnalistlərin seçkilərdə
iştirakını təmin edən normativ hüquqi aktların daxil edildiyi «Sizin
seçki hüququnuz”» mövzusunda yaddaş kitabçası hazırlanmış, keçirdiyi
tədbirlər zamanı yayımlanmışdır.
Seçkilərə hazırlıq vəziyyətinin öyrənilməsi
məqsədilə Müvəkkil tərəfindən Daxili İşlər Nazirliyinin və Mərkəzi
Seçki Komissiyasının əməkdaşlarının iştirakı ilə sentyabr-oktyabr
aylarında Quba, Cəlilabad, Sumqayıt, Şəki, Sabirabad, Ağsu və Gəncə
şəhərlərində, ətraf 52 rayonu əhatə etməklə dairə seçki
komissiyalarının, habelə ərazisi zəbt olunmuş rayonların məntəqə seçki
komissiyalarının sədrlərinin, yerli icra hakimiyyəti nümayəndələrinin,
şəhər bələdiyyələrinin sədrlərinin, həmçinin polis, prokurorluq və
məhkəmə orqanlarının rəhbər işçilərinin iştirakı ilə regional
seminar-müşavirələr keçirilmiş, seçkilərə hazırlıgla bağlı məsələlər
ətraflı müzakirə edilmiş, dairə seçki komissiyalarının sədrləri, yerli
icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri görülən
işlər barədə ətraflı məlumat vermişlər.
Mətbuatda və televiziyada siyasi mədəniyyətin
təbliği mövzusuna geniş yer verilməsi, hamıya bərabər imkanların
yaradılması, yerlərdə seçki qanunvericiliyinin və qaydalarının təbliği
ilə bağlı yerli icra orqanları və bələdiyyələrlə birgə tədbirlərin
həyata keçirilməsi təklif edilmişdir.
Müvəkkil və aparatın əməkdaşları müstəqil müşahidəçilər qismində
2005-il 6 noyabr tarixində Milli Məclisə keçirilmiş seçkilərdə ölkə
üzrə ümumilikdə 46 seçki dairəsinin 86 məntəqəsində səsvermə prosesini
müşahidə etmiş, həmçinin 18 hərbi hissənin səs verdiyi bir neçə seçki
məntəqələrində, 10 cəzaçəkmə müəssisəsində, habelə məcburi köçkünlərin
səs verdiyi ayrı-ayrı seçki məntəqələrində müşahidə aparmışlar.
Müşahidənin nəticəsi kimi qeyd olunmalıdır ki,
seçkilərin demokratik, şəffaf, ədalətli və qanunauyğun şəraitdə
keçirilməsində irəliləyiş olmuş, vətəndaşlara müstəqil seçim etmək,
müşahidəçilərə sərbəst müşahidə etmək imkanı yaradılmış, barmaqların
xüsusi mürəkkəblə işarələnməsi qaydaları tətbiq edilmiş, «exit-poll»un
keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
Seçkilər zamanı səsvermə prosesinin müşahidə edilməsi nəticəsində aşkar
edilmiş faktlarla bağlı Müvəkkil dərhal dairə və Mərkəzi Seçki
komissiyalarına müraciət edərək Seçki Məcəlləsinin tələblərini pozmuş
şəxslərin cəzalandırılması üçün qanunvericiliklə müəyyən edilmiş
qaydada tədbirlərin görülməsini təklif etmişdir.
Seçki prosesi dövründə Müvəkkilin ünvanına ayrı-ayrı
seçicilərdən və deputatlığa namizədlərdən daxil olan şikayətlər qanunla
müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası vasitəsi ilə
araşdırılmışdır. Şikayətlərin əksər hissəsi seçkilərə hazırlıq dövrünə
təsadüf etmiş və əsasən də şəxsiyyət vəsiqələrinin, habelə seçici
vəsiqələrinin verilməsinin gecikdirilməsi, seçici siyahılarının tərtib
olunması ilə bağlı olmuş və bu problemlərin seçkilərə qədər aradan
qaldırılması məqsədilə bir çox tədbirlər görülmüşdür.
Bütövlükdə, 2005-ci ilin parlament seçkiləri
Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan
hüquqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi,
idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının
inkişafı, Azərbaycan dövlətinin möhkəmlənməsi yolunda atdığı növbəti
uğurlu addım kimi qiymətləndirilməli və 2006-cı il 13 may tarixində
Milli Məclisə keçiriləcək təkrar seçkilərdə qeyd edilən nöqsanlara yol
verilməməsi məqsədi ilə müvafiq nəticələr çıxarılmalıdır.
Vətəndaşların müraciət hüququnun təmin edilməsi ilə bağlı xeyli
irəliləyiş olsa da, vəziyyət hələ də gərgin olaraq qalır.
Ölkə konstitusiyasının və müvafiq qanunvericiliyin,
o cümlədən «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 24 noyabr Fərmanının 7-ci bəndində
vətəndaşların qəbulunun, onların müraciətlərinə, ərizə və şikayətlərinə
vaxtında baxılmasının və haqlı tələblərinin həll edilməsinin təmin
olunması ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının
rəhbərlərinə verilmiş tapşırığa bəzi məmurlar tərəfindən yetərincə əməl
edilmir.
Təəssüf hissi ilə qeyd edilməlidir ki, bir çox
vəzifəli şəxslər və dövlət qulluqçuları qanunun bu müddəalarına əməl
etməməklə vətəndaşları narazı salır, onların ən müxtəlif dövlət
orqanlarına şikayətlər etməsinə, eyni zamanda dövlət orqanlarından
narazı salınmaqla qanunlara olan inam və ehtiramının itirilməsinə səbəb
olurlar.
Əsasən yerli icra hakimiyyətlərində, mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələrində süründürməçiliklə, laqeydlik və
biganəliklə üzləşən insanlar mərkəzə üz tutmalı olurlar ki, bu da
onların istər fiziki, istərsə də maddi cəhətdən çətinliklərlə
üzləşməsinə səbəb olur.
Yerlərdəki bir sıra məmurların diqqətsizliyi və
özbaşınalığı nəticəsində problemlərlə üzləşən kənd əhalisi hətta ölkə
prezidentinə müraciət etmək məcburiyyətində qalır.
Təəssüflə bildirmək lazımdır ki, pozulmuş insan hüquqlarının bərpası
sahəsində Müvəkkilin tədbirləri də bir sıra hallarda məmur
özbaşınalığı, etinasızlıq, formal və həqiqətə uyğun olmayan məlumat
vermə ilə nəticələnmişdir.
Ötən dövrdə bir sıra vəzifəli şəxslər tərəfindən
nəinki öz vəzifə borcuna qeyri-peşəkarcasına yanaşma, həmçinin
Müvəkkilin müraciətlərinə etinasızlıq göstərilərək sorğulara
başdansovdu cavabların verilməsi, yaxud gecikdirilməklə verilməsi və ya
heç verilməməsi Konstitusiya Qanununun tələblərinin kobud surətdə
pozulması, bununla da Müvəkkilin pozulmuş insan hüquqlarının bərpası
sahəsində səlahiyyətlərinin həyata keçirilməsinə maneə yaradılması,
həmçinin ərizəçinin pozulmuş hüquqlarının bərpa edilməsi üzrə aparılan
araşdırma prosesi ləngidilməklə onun hüquqlarının pozulmaqda davam
etməsi ilə nəticələnmişdir.
Bundan başqa, hətta bəzən Müvəkkilə böhtan atmaqla
onun nüfuzuna xələl gətirməyə çalışan məmurlar da olmuşdur. Hüquqi
dövlətin mühüm atributu müstəqil, bütün təsir və təzyiqlərdən azad,
qanunçuluğun və ədalətin təminatçısı olan məhkəmədir.
Vətəndaşların hüquq və azadlıqlarının məhkəmə
təminatı hüququnun təmin edilməsi istiqamətində Müvəkkil ötən dövrdə
məhkəmələrlə əməkdaşlığın inkişaf etdirilməsinə çalışmışdır.
Hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı
Müvəkkilin ünvanına daxil olmuş çoxsaylı şikayətlərin təhlili göstərir
ki, bu sahədə hələ də bir sıra problemlər vardır.
Vətəndaşlar, əsasən, məhkəmələrdə
süründürməçilikdən, məhkəmə qərarlarının surətinin vaxtında
verilməməsindən, işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin
iştirakçılarına müvafiq bildirişin göndərilməməsindən və ya gec
göndərilməsindən, apellyasiya və ya kassasiya şikayətlərinin aidiyyəti
üzrə yuxarı instansiya məhkəməsinə göndərilməsi və ya qəbul
edilməsindən imtina edilməsi haqqında tərəfin
məlumatlandırılmamasından, müxtəlif bəhanələr altında iddia
ərizələrinin və ya qarşılıqlı iddia ərizələrinin, apellyasiya
şikayətlərinin qəbul edilməməsindən, iddia ərizələri iddiaçıya geri
qaytarılarkən qərardadla əsaslandırılmamasından, məhkəmələrə
müraciətlərin cavabsız qalmasından, məhkəmə qərarlarının icra
edilməməsindən şikayətlənirlər.
Müvəkkil şikayətlərdə qaldırılmış problemləri təhlil
edərək ümumiləşdirərək Ali Məhkəməyə müraciətindən sonra bir sıra
təşkilati tədbirlər həyata keçirilmiş, məhkəmənin girişində elan
lövhəsi asılmış, Ali Məhkəmənin kollegiyaları tərəfindən baxılacaq
işlərin siyahısı, eləcə də Ali Məhkəmə sədrinin və onun müavinlərinin
qəbulu cədvəli vətəndaşların tanış olması üçün həmin lövhədə asılmış,
vətəndaşların heç bir maneə olmadan qəbula yazılması təmin edilmişdir
ki, bununla da müraciət edənlərin süründürməçiliyinə səbəb olmuş bəzi
məsələlər öz həllini tapmışdır.
Ərizəçilərin böyük əksəriyyəti onlara məhkəmə
qərarlarının verilməməsindən və ya göndərilməməsindən şikayətlənirlər.
Onlarla belə hüquq pozuntusu Müvəkkilin müdaxiləsindən sonra aradan
qaldırılmışdır.
Məhkəmələrlə bağlı şikayətlərin təhlili göstərir ki,
məhkəmə qərarlarının surətlərinin vaxtında verilməməsi, yaxud heç
verilməməsi, bununla bağlı süründürməçilik halları daxil olan
şikayətlər arasında xüsusi çəkiyə malikdir.
Bu vətəndaşların hüquq və azadlıqlarının məhkəmə
təminatı, həmçinin məhkəməyə təkrar müraciət hüququ ilə yanaşı, bir
sıra digər hüquqlarını da pozur. Məhkəmə iclasının yeri və vaxtı ilə
bağlı tərəflərin məlumatlandırılmaması onların iş üzrə öz müdafiəsini
düzgün qurmasına və mümkün məhkəmə səhvlərindən müdafiə etməsinə imkan
vermir. Bir sıra hallarda məhkəmə iclasına çağırış vərəqəsi ya iclas
günü və ya ondan sonra tərəfə göndərilir.
Digər tərəfin məhkəmə iclasında iştirak etməsində
maraqlı olmayan bəzi hakimlər təəssüf ki, adətən bu «qayda»ya üstünlük
verirlər. Məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar daxil olmuş
şikayətlərin təhlili göstərir ki, həmin qərarların bir hissəsi məhkəmə
icraçılarının öz işinə məsuliyyətsiz yanaşmasının, vətəndaşların
hüquqlarına laqeyd və biganə münasibətinin nəticəsində icrasız qalırsa,
digər hissəsinin icrasız qalması bəzən obyektiv səbəblərlə bağlıdır.
Şikayətlərin təhlili göstərir ki, məhkəmə qərarlarının icrasının uzun
müddət ləngidildiyi və ya tam icra edilmədiyi hallar da vardır.
Bu sırada alimentin tutulmasına dair qətnamələr
özünəməxsus xüsusi çəkiyə malikdir. Təkbaşına uşaq tərbiyə edən və
işləməyən anaya alimentin ödənilməsində məhkəmə icraçıları tərəfindən
qanuni köməklik göstərilməməsi onun maddi və mənəvi çətinliklərlə
üzləşməsinə səbəb olur.
Lakin bəzən borclunu tapmağın mümkün olmadığı, yaxud
onun borcu ödəmək imkanına malik olmaması halları da az deyildir.
Bu sahədə narahatlıq yaradan hallardan biri də əmək haqqının ödənilməsi
tələbinə dair məhkəmə qətnamələrinin icrasındakı çətinliklərlə
bağlıdır.
İcrası ləngidilən məhkəmə qətnamələri arasında
əmlak, mənzil sahəsindən çıxarılma, zəbt edilmiş mənzilin boşaldılması,
torpağa mülkiyyət hüququnun tanınması tələblərinə dair qətnamələr də az
deyildir.
Bir sıra hallarda məhkəmə qərarlarının icrası yalnız
Müvəkkilin müdaxiləsindən sonra mümkün olmuş, nəticədə, ərizəçilərin
pozulmuş hüquqları bərpa edilmişdir.
Danılmaz faktdır ki, məsələyə ciddi yanaşdıqda yaxud buna maraqlı
olduqda məhkəmə icraçıları nə qədər çətin olsa da, istənilən məhkəmə
qərarını icra edirlər. Məsələn, yeni çoxmərtəbəli yaşayış evlərinin
tikilməsi ilə əlaqədar vətəndaşların köçürülməsi və torpaq sahələrinin
boşaldılması ilə bağlı məhkəmə qərarları qısa müddətdə icra edilmişdir.
Azərbaycan Respublikasının adından elan edilən və
icrası məcburi olan məhkəmə qərarlarının icrasına məsuliyyət daşıyan
məhkəmə icraçıları bir sıra hallarda «Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməməklə
yanaşı, süründürməçilik və işə layqeyd yanaşma hallarına yol vermişlər
ki, bu da son nəticədə vətəndaşların ədalətli mühakimə hüququnun
pozulması ilə nəticələnmişdir.
Cinayətkarlığa qarşı mübarizədə profilaktik
tədbirlərin həyata keçirilməsini əsas və əlverişli vasitə hesab edən
Müvəkkil ölkə konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq
və azadlıqlarının müdafiəsinin etibarlılığının və səmərəliliyinin
artırılması məqsədi ilə «Cinayətkarlığa qarşı mübarizə üzrə Dövlət
Proqramı»nın hazırlanmasını və tətbiq edilməsini zəruri hesab edir.
Ötən dövr ərzində daxil olmuş şikayətlərin
araşdırılması məqsədi ilə prokurorluq və polis orqanlarına çoxsaylı
müraciətlər göndərilmiş, lakin bəzi hallarda vaxtında
cavablandırılmamış, bir sıra hallarda isə ümumiyyətlə, cavab
verilməmişdir. Bu da vətəndaşların müraciətlərinin Müvəkkil tərəfindən
araşdırılması zamanı müxtəlif çətinliklərlə üzləşməsinə, habelə
ərizəçilərin narazılığına səbəb olmuşdur.
Şikayətlərin təhlili göstərir ki, istintaqa
prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanları bəzən öz
üzərinə düşən vəzifələri yetərincə icra etmirlər. Digər tərəfdən, son
vaxtlar Müvəkkilin Baş Prokurorluğa müraciətlərinə cavab olaraq
prokurorluq tərəfindən bir sıra hallarda istintaq orqanlarının qəbul
etdiyi qərarların ləğv edilməsi, işin əlavə araşdırma aparılması üçün
təhqiqata, yaxud əlavə istintaqa göndərilməsi bildirilmişdir.
Belə halların təkrarlanmasının qarşısını almaq
məqsədi ilə həmin qərarları qəbul etmiş vəzifəli şəxslər barəsində
zəruri tədbirlər görülmür ki, bu da yeni pozuntulara səbəb olur.
Bundan başqa, şəxslərin müvəqqəti saxlama
təcridxanalarında qanunvericilklə müəyyən edilmiş müddətlərdən artıq
saxlanılmasının əsas səbəblərindən biri də qeyd edilən sahəyə nəzarəti
həyata keçirməli olan bəzi yerli prokurorluq orqanlarının bu məsələyə
səthi yanaşmasıdır.
Müraciətlərə baxılması sahəsində prokurorluq
orqanlarının bəzi əməkdaşları tər