|
|
| [ 21.11.2007 ] HƏFTƏ BAŞA ÇATMIŞ VƏ KONFRANS KEÇİRİLMİŞDİR |
| 20 noyabr 1989-cu ildə BMT-nin Uşaq Hüquqları Konvensiyası qəbul edilmişdir. Həmin ildən bəri bu tarix bütün dünyada Beynəlxalq Uşaq Hüquqları günü kimi qeyd olunur. |
|
| [ 19.11.2007 ] ƏQLİ VƏ FİZİKİ CƏHƏTDƏN QÜSURLU UŞAQLAR DA UNUDULMAYIB |
| 19 noyabr -- BMT-nin Uşaqlara qarşı zorakılıqla Beynəlxalq mübarizə günündə Ombudsman Aparatının və Müvəkkil yanında Uşaq hüquqları mərkəzinin əməkdaşları silsilə tədbirlər çərçivəsində əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 saylı internat məktəbində olmuşlar. Bu müəssisədəki uşaqların yaşayış şəraiti, sağlamlığı, tibbi xidmətin təşkili, qidalanması vəziyyəti xəstə uşaqların mövcud problemləri öyrənilmişdir. |
|
| [ 16.11.2007 ] OMBUDSMANIN NÜMAYƏNDƏLƏRİ HƏFTƏ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR KEÇİRMİŞLƏR |
| İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində digər hüquqlarla yanaşı, uşaqların hüquqlarının müdafiəsi və təmin olunması, onlara qayğı və diqqət göstərilməsi də mühüm yer tutur. |
|
| [ 15.11.2007 ] UŞAQ HÜQUQLARI HƏFTƏSİ DAVAM EDİR |
| Həftə çərçivəsində Ombudsmanın nümayəndələri Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin nəzdində fəaliyyət göstərən Liderlik məktəbində Uşaq Hüquqları Konvensiyası üzrə təlim keçirmiş, məktəbin yetirmələrinə hüquqlarını izah etmiş, fikir mübadiləsi aparmışlar. |
|
| [ 15.11.2007 ] OMBUDSMANIN NÜMAYƏNDƏSİ DİABETLİ UŞAQLARIN PROBLEMLƏRİNƏ DAİR TƏDBİRDƏ İŞTİRAK ETMİŞDİR |
| Bu ildən etibarən hər il dünyada noyabrın 14-nün Ümumdünya Diabet günü kimi qeyd olunması qərara alınmışdır. Həmin günün müxtəlif tədbirlərlə qeyd olunması bu sosial xəstəliyin hazırda uşaqlar və yeniyetmələr arasında da geniş yayılması ilə bağlıdır. |
|
| [ 13.11.2007 ] “HƏR BİR UŞAĞA QAYĞI” DEVİZİ ALTINDA HƏFTƏYƏ START VERİLMİŞDİR |
| Xəbər verildiyi kimi, Ombudsman Uşaq hüquqları həftəsinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. |
|
| [ 12.11.2007 ] E.SÜLEYMANOVA KONSTİTUSİYA GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİRLƏRDƏ İŞTİRAK ETMİŞDİR |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın rəhbərliyi ilə Ombudsman Aparatında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Ombudsmanın ölkə Konstitusiyasında təsbit olunmuş insan hüquqlarının təmin olunması sahəsindəki fəaliyyəti təhlil edilmiş, gələcək fəaliyyət perspektivləri müzakirə olunmuşdur. Tədbirdə Ombudsman Aparatının və onun regional mərkəzlərinin əməkdaşlarının Konstitusiya günü ərəfəsində yerlərdə insan hüquq və azadlıqlarının təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin |
|
| [ 08.11.2007 ] OMBUDSMAN UŞAQ HÜQUQLARI HƏFTƏSİ KEÇİRMƏK TƏŞƏBBÜSÜNÜ İRƏLİ SÜRMÜŞDÜR |
| BMT-nin Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə qəbul edilmişdir. Bu il Azərbaycan Respublikasının bu mühüm beynəlxalq sənədə qoşulmasının 15 ili tamam olur. |
|
| [ 06.11.2007 ] MÜVƏKKİL REGİONAL MƏRKƏZLƏRDƏ SEMİNARLAR KEÇİRMİŞDİR |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili E.Süleymanova regional mərkəzlərin imkanlarının artırılması və məlumatlanma sahəsində BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı ilə birgə Gəncə şəhərində seminar keçirmişdir. |
|
| [ 06.11.2007 ] İCTİMAİ DİNLƏMƏLƏR BAKIDA YEKUNLAŞDIRILMIŞDIR |
| Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkə Prezidentinin müvafiq Sərəncamı ilə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi ilə bağlı respublikamızın 62 rayonunu əhatə etməklə 8 bölgədə - Quba, Sabirabad, Şamaxı, Şəki, Gəncə, Bərdə, Cəlilabad və Naxçıvanda “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının demokratik hüquqi dövlət quruculuğunda yeri və əhəmiyyəti” mövzusunda ictimai dinləmələr keçirmişdir. |
|
1 |
 |

|
|
 |
|