|
|
| [ 02.10.2008 ] Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə bəyanatı |
| 21 sentyabr – BMT-nin Beynəlxalq Sülh günü dünya miqyasında, o cümlədən ölkəmizdə əlamətdar bayram kimi geniş qeyd edilir. Bu tarixi gün insanların sülh diləyini, sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsinin, bəşəri arzuların fövqündə dayanmaqla hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. |
|
| [ 08.05.2008 ] Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 8 may - Şuşanın işğalı günü ilə bağlı B Ə Y A N A T I |
| Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə nəticələnən, Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğalından 16 il keçir. |
|
| [ 25.04.2008 ] AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİNİN (OMBUDSMANIN) QONDARMA «DAĞLIQ QARABAĞ RESPUBLİKASI»NIN «OMBUDSMANININ SEÇİLMƏSİ» İLƏ BAĞLI |
| Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində tanınmamış qondarma «Dağlıq Qarabağ Respublikası»nın «ombudsmanının seçilməsi» xəbəri yayılmışdır. |
|
| [ 31.03.2008 ] Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar B Ə Y A N |
| Son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi daxil olmuşdur. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq idi. Bəzi dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti gerçəkləşdirmək üçün müəyyən tarixi dövrlərdə təşkilatı, ideoloji və hərbi xarakterli tədbirlər həyata keçirilmiş, müxtəlif vasitələrdən istifadə edilmişdir. |
|
| [ 19.01.2008 ] Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar BƏYANATI |
| 20 Yanvar hadisəsinin bünövrəsi SSRİ-nin prezidenti Mixail Qorbaçovun “yenidənqurma” siyasətinin həyata keçirildiyi vaxtdan qoyulmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulmuşdu. Öz torpaqlarının müdafiəsi naminə mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirilmiş, yaralanmış, itkin düşmüş, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi zərər vurulmuşdur. |
|
| [ 30.03.2007 ] Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar B Ə Y A |
| Son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi daxil olmuşdur. |
|
| [ 23.02.2007 ] Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar B Ə Y A N A T I |
| Azərbaycan xalqı çoxəsrlik tarixində müdhiş bəlalarla üzləşmişdir. Tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədilmişdir.
Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni millətçiləri tərəfindən hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüzminlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından deportasiya olunmuşdur.
|
|
| [ 20.01.2007 ] Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)1990-cı il 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar BƏYANATI |
| Sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi kimi düşmüş o müdhiş gecədən on yeddi il keçir. XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətli səhifələrindən biri olan bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Çünki bu, yalnız ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bütün Azərbaycan xalqına, millətinə, ölkəmizə qarşı hərbi təcavüz idi. |
|
|
 |

|
|
 |
|