• Müvəkkil
  • Regional mərkəzlər
  • Şikayətlər
  • Bəyanatlar
  •   Russian English
  • Xəbərlər
  • Səhifənin xəritəsi
  • Əlaqələr





  • Beynəlxalq sənədlər

    Azərbaycan Respublikasının İnsan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələr

    1. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamə
    (BMT Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).


    2. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Pakt
    (BMT Baş Məclisinin 1966-cı il 16 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).

    (Azərbaycan Respublikası bu Paktı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 226 nömrəli qərarına əsasən ratifikasiya etmişdir).

    3. «Vətəndaş və siyasi hüquqlar haqqında» Beynəlxalq Pakt
    (BMT Baş Məclisinin 1966-cı il 16 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).

    (Azərbaycan Respublikası bu Paktı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 227 nömrəli qərarına əsasən ratifikasiya etmişdir)

    4. «Vətəndaş və siyasi hüquqlar haqqında» Beynəlxalq Pakta birinci Fakultativ Protokolu
    (BMT Baş Məclisinin 1976-cı il 23 mart tarixli Qətnaməsi ilə qəbul edilmişdir)
    (Azərbaycan Respublikası bu Fakultativ Protokolu 2001-ci il 29 iyun tarixli, 162-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    5. «Vətəndaş və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş ikinci Fakultativ Protokolu
    (BMT Baş Məclisinin 1989-cu il 15 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Fakultativ Protokolu 1998-ci il 11 dekabr tarixli, 582-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    6. «Uşaq hüquqları haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifikasiya etmişdir)


    7. «Uşaq hüquqları haqqında Konvensiyaya, uşaqlarla ticarət, uşaq fahişəliyi, uşaq pornoqrafiyası ilə əlaqədar» Fakultativ Protokol
    (BMT Baş Məclisinin 2000-ci il 25 may tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Fakultativ Protokolu 2002-ci il 2 aprel tarixli, 285-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    8. «Qadınların siyasi hüquqları haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1952-ci il 20 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı Milli Məclisin 1992-ci il 4 avqust tarixli, 255 nömrəli qərarına əsasən ratifikasiya etmişdir)


    9. «Qaçqınların statusu haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı Milli Məclisin 1992-ci il 8 dekabr tarixli, 402 nömrəli qərarına əsasən ratifikasiya etmişdir)


    10. «Müharibə qurbanlarının müdafiəsi haqqında» Cenevrə Konvensiyaları
    (1949-cu il 12 avqust tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyaları Milli Məclisin 1993-cü il 21 aprel tarixli, 573 nömrəli qərarına əsasən ratifikasiya etmişdir)


    11. «Qadınlara münasibətdə bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1965-ci il 18 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı Milli Məclisin 1995-ci il 30 iyun tarixli, 1074 nömrəli qərarına əsasən ratifikasiya etmişdir)


    12. «İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1965-ci 21 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 95-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    13. «Aparteid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1973-cu il 30 noyabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 96-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    14. «Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 97-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    15. «Hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə müddətin tətbiq olunmaması haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1968-ci il 26 noyabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 98-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    16. «Köləlik haqqında» Konvensiya
    (1926-cı il 25 sentyabr tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 99-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    17. «Köləlik haqqında» Konvensiyaya dəyişikliklər edilməsi haqqında» Protokol
    (1953-cü il 23 oktyabr tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Protokolu 1996-cı il 31 may tarixli, 100-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    18. «Köləliyin, kölə ticarətinin və köləliyə bənzər institut və adətlərin ləğv edilməsi haqqında» Əlavə Konvensiya
    (1950-cı il 30 aprel tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 101-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    19. «İnsan alveri ilə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarı ilə mübarizə haqqında» Konvensiya
    (1949-cu il 2 dekabr tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 102-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    20. «İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı» Konvensiya
    (BMT Baş Məclisinin 1984-cü il 10 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 103-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    21. «Ərdə olan qadının vətəndaşlığı haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1957-cı il 29 yanvar tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 104-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    22. «Vətəndaşsızlığın ixtisar edilməsi haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1961-ci il 30 avqust tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 105-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    23. «Apatridlərin statusu haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1954-cü il 28 sentyabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 106-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    24. «Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahın qeydiyyatı haqqında» Konvensiya
    (BMT Baş Məclisinin 1962-ci il 7 noyabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1996-cı il 31 may tarixli, 107-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    25. «Bütün miqrant-işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında» Konvensiya
     
    (BMT Baş Məclisinin 1990-cı il 18 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1998-cı il 11 dekabr tarixli, 581-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    26. «Avropa mədəni Konvensiyası»
    (1954-cü il 19 dekabr tarixdə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 1997-ci il 22 aprel tarixli, 278-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    27. «Məhkum şəxslərin verilməsi haqqında» Avropa Konvensiyası
    (1983-cü il 21 mart tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 2000-ci il 12 dekabr tarixli, 43-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    28. «Nikahdankənar döğulmuş uşaqların hüquqi statusu haqqında» Avropa Konvensiyası
    (1975-ci il 15 oktyabr tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 2000-ci il 17 mart tarixli, 832-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    29. «Zorakı cinayətlərin qurbanlarına vurulmuş zərərin ödənilməsi haqqında» Avropa Konvensiyası
    (1983-cü il 24 noyabr tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 2000-ci il 17 mart tarixli, 836-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    30. «Milli azlıqların müdafiəsi haqqında» Çərçivə Konvensiyası
    (1995-ci il 1 fevral tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 17 mart 2000-ci il tarixli, 897-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    31. «İcbari əməyin ləğv edilməsi haqqında» Konvensiya
    (1957-ci il 25 iyun tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 2000-ci il 24 mart tarixli, 847-IQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    32. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası
    (1950-ci il 4 noyabr tarixdə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 2001-ci il 25 dekabr tarixli, 236-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    33. «İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında» Avropa Konvensiyası
    (1987-ci il 26 noyabr tarixdə qəbul edilmişdir).
    (Azərbaycan Respublikasının bu Konvensiyanı 2001-ci il 25 dekabr tarixli, 237-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    34. «Yerli özünüidarə haqqında» Avropa Xartiyası
    (1985-ci il 15 oktyabr tarixli qəbul edilmişdir).
    (Azərbaycan Respublikasının bu Konvensiyanı 2001-ci il 25 dekabr tarixli, 238-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    35. «Cinayətkarların verilməsi (ekstradisiya) haqqında» Avropa Konvensiyası
    (1957-ci il 13 dekabr tarixdə qəbul edilmişdir).
    (Azərbaycan Respublikas bu Konvensiyanı 2002-ci il 17 may tarixli, 323-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    36. «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» Konvensiya
    (1999-cu il 27 yanvar tarixdə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 2003-cü il 30 dekabr tarixli, 570-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    37. «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında» Konvensiya
    (1999-cu il 4 noyabr tarixdə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 2003-cü il 30 dekabr tarixli, 571-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    38. «Avropa sosial Xartiyası»
    (1996-cı il 3 may tarixdə qəbul edilmişdir).
    (Azərbaycan Respublikas bu Konvensiyanı 2004-cü il 6 yanvar tarixli, 575-IIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)


    39. «Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında» Konvensiya
    (1960-cı il 14 dekabr tarixdə qəbul edilmişdir).
    (Azərbaycan Respublikası bu Konvensiyanı 2006-ci il 2 oktyabr tarixli, 146-IIIQ nömrəli Qanuna əsasən ratifikasiya etmişdir)



    Yeni bülletenlər
    [ 30.08.2008 ] OMBUDSMANIN QƏBUL OTAĞINDAN

    [ 30.08.2008 ] DÖVRİ MƏTBUATDA DƏRC OLUNAN YAZILAR

    [ 30.08.2008 ] AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI

    [ 30.08.2008 ]  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI

    [ 27.08.2008 ] Ombudsmanın müraciətləri əsasında bu günədək 240 məhkum əfv olunmuşdur

      © 2007  Ombudsman.gov.az