|
|
| [ 11.03.2010 ] Ombudsman Aparatının əməkdaşı ENOC-un Parisdə keçirilmiş tədbirində iştirak etmişdir |
| Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 2008-ci ildə uşaq hüquqlarının müdafiəsində xidmətləri və müntəzəm fəaliyyəti nəzərə alınaraq, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC) üzv seçilmişdir. Ombudsman və əməkdaşları bu beynəlxalq qurumun mötəbər tədbirlərində müntəzəm olaraq iştirak edir, fikir və təcrübə mübadiləsi aparırlar. |
|
| [ 11.03.2010 ] E.Süleymanova YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul etmişdir |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevardı qəbul etmişdir. |
|
| [ 10.03.2010 ] E.Süleymanova BMT-nin HİV/AİDS Proqramının regional əlaqələndiricisini qəbul etmişdir |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan BMT-nin HİV/AİDS Proqramının (UNAİDS) regional əlaqələndiricisi Manoela Qrozdanovanı qəbul etmişdir. |
|
| [ 06.03.2010 ] E.Süleymanova Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı T.Hammarberqi qəbul etmişdir |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin digər üzvlərini qəbul etmişdir. Görüşdə Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek iştirak etmişdir. |
|
| [ 04.03.2010 ] Ombudsman Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Fəxri diplomuna layiq görülmüşdür |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın fəaliyyətində kütləvi informasiya vasitələri ilə əməkdaşlıq və ictimaiyyətlə əlaqələrə önəm verilir. Ombudsmanın fəaliyyətinin ayrılmaz tərkib hissəsi olan bu əlaqələr çoxşaxəli və rəngarəngdir, insan hüquqlarının müdafiəsi və təmini sahəsində aparılan işin aşkarlıq prizmasından, aydın və şəffaf çatdırılmasına yönəlmişdir. |
|
| [ 04.03.2010 ] Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında və 31 saylı məktəbdə maarifləndirmə tədbirləri davam etdirilmişdir |
| Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi də mühüm yer tutur. Müvəkkil ölkə ictimaiyyətinin kiçik nümayəndələri ilə daim ünsiyyətdə olur, onların öz hüquqlarını öyrənməsi, ümumən insan hüquqları, həmçinin uşaq hüquqlarının tədrisi və təbliğində iştirakını, bilik və bacarıqlarının artırılmasını, ahəngdar inkişafını diqqətdə saxlayır. Uşaq hüquqları üzrə maarifləndirmə işinə önəm verən Ombudsman QHT-lərin və gənclər təşkilatlarının, tələbələrin də bu istiqamətdə təşəbbüslərinə dəstək verir, yardımçı olur, onlarla birlikdə uşaqlara ünvanlanan hüquqi maarifləndirmə tədbirləri həyata keçirir. Qeyd olunmalıdır ki, bir qədər əvvəl Müvəkkilin təşəbbüsü ilə Sumqayıt şəhərindəki “Təfəkkür” və “İstedad” liseylərində treninqlər keçirilmişdi. |
|
| [ 03.03.2010 ] E.Süleymanova Xatun mükafatı ilə təltif olunmuşdur |
| Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində ictimaiyyətlə əlaqələr və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq mühüm yer tutur. Ombudsman insan hüquqlarının, o cümlədən mədəni hüquqların müdafiəsi və həyata keçirilməsinə yönəlmiş tədbirlər təşkil edərkən ictimaiyyətin nümayəndələri, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və KİV-lə qarşılıqlı əməkdaşlığa önəm verir, insan hüquqları üzrə fəaliyyət göstərən QHT-lərin təşəbbüslərinin gerçəkləşməsində, media nümayəndələrinin üzləşdikləri çətinliklərin həllində yardımçı olur, faydalı tövsiyələr verir, sıx əməkdaşlıq əlaqələrini davam etdirir. Müvəkkil, bu mənada, ictimaiyyətin və KİV-in də daim diqqətində olan şəxsdir, onun fəaliyyəti dəfələrlə bu qurumlar tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif ictimai mükafatlara layiq görülmüşdür. |
|
| [ 02.03.2010 ] Ombudsman “Ekologiya ili” çərçivəsində tədbirləri davam etdirir |
| Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin tövsiyəsi ilə 2010-cu il respublikamızda “Ekologiya ili” elan edilmişdir.
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə onun uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində “Ekologiya ili” çərçivəsində növbəti tədbir keçirilmişdir. “Azərbaycan yurdum mənim” devizi ilə təşkil edilmiş tədbir ölkəmizdə ətraf mühitin qorunması mövzusuna həsr edilmişdir. Tədbirdə Ombudsman Aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, uşaqlar və valideynlər iştirak etmişlər.
|
|
| [ 01.03.2010 ] Ombudsman 2009-cu il üzrə illik məruzəsini təqdim etmişdir |
| Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, əvvəlki illərdə olduğu kimi, cari il bitdikdən sonra iki aydan gec olmayaraq, 26 fevral 2010-cu il tarixdə “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2009-cu il üzrə illik məruzəsini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmişdir. |
|
| [ 26.02.2010 ] Ombudsman Aparatının əməkdaşı Xocalı faciəsinin ildönümü ilə bağlı dəyirmi masada iştirak etmişdir |
| Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin təşkilarçılığı ilə “Xocalı soyqırımı: bəşəri cinayət cəzasız qala bilməz” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirə dövlət qurumları, qeyri-hökumət təşkilatları və KİV-in nümayəndələri qatılmışlar. |
|
1 |
 |

|
|
 |
|