• Müvəkkil
  • Regional mərkəzlər
  • Şikayətlər
  • Bəyanatlar
  •   Russian English
  • Xəbərlər
  • Səhifənin xəritəsi
  • Əlaqələr





  • Xəbərlər

    Ombudsmanın Çevik Araşdırma Qrupu polis bölmələrinə və MST-lərə

        Polis idarələrinin müvəqqəti saxlama təcridxanalarında (MST) və polis bölmələrinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin şəraitini, eyni zamanda, onlara qarşı qanunazidd rəftara, şəxsiyyəti alçaldan hərəkətlərə yol verilib-verilməməsi, tutulub saxlanılarkən Azərbaycan Respublikasının Cinayət Prosessual qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Çevik Araşdırma Qrupu mütəmadi olaraq baxışları davam etdirir.
        Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10 və 38-ci, Binəqədi RPİ-nin 4 və 40-cı, Yasamal RPİ-nin 29-cu, Suraxanı RPİ-nin 31 və 33-cü, Xətai RPİ-nin 37-ci, Sabunçu RPİ-nin 14 və 15-ci, Əzizbəyov RPİ-nin 2-ci, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü polis bölmələrinin növbətçi hissələri yanında saxlama yerlərinə, həmçinin Xətai RPİ və Abşeron RPŞ-nin MST-lərinə baxış keçirilmişdir.
        Müvəkkilin nümayəndələri saxlanılan şəxslərin qeydiyyatı kitabları, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlərlə tanış olmuşlar. Saxlanılanlarla təkbətək söhbət aparılmışdır.
        Baxış zamanı Abşeron RPŞ-də vətəndaşların saxlanması ilə əlaqədar bəzi qanunsuzluqlar aşkar edilmişdir. Ombudsman bu məsələnin araşdırılması və tədbir görülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişdir.


    27.06.2008 | 

    Geri 



    Yeni bülletenlər
    [ 30.08.2008 ] OMBUDSMANIN QƏBUL OTAĞINDAN

    [ 30.08.2008 ] DÖVRİ MƏTBUATDA DƏRC OLUNAN YAZILAR

    [ 30.08.2008 ] AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI

    [ 30.08.2008 ]  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI

    [ 27.08.2008 ] Ombudsmanın müraciətləri əsasında bu günədək 240 məhkum əfv olunmuşdur

      © 2007  Ombudsman.gov.az