• Müvəkkil
  • Regional mərkəzlər
  • Şikayətlər
  • Bəyanatlar
  •   Russian English
  • Xəbərlər
  • Səhifənin xəritəsi
  • Əlaqələr





  • Xəbərlər

    İnsan Hüquqları üzrə Müvəkkil Lənkəranda ictimai dinləmələr təşkil etmişdir

        Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova dövlət başçısının müvafiq sərəncamı ilə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə ölkəmizin bütün rayonlarını əhatə edəcək ictimai dinləmələr keçirir.
        Respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsində yeni mərhələ olan MFP-nin effektiv icrası prosesində əldə edilən nailiyyətləri qiymətləndirmək, çətinlikləri təhlil etmək məqsədilə Lənkəranda növbəti ictimai dinləmə təşkil olunmuşdur.
        İctimai dinləmədə bu bölgə üzrə seçilmiş millət vəkili, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Lənkəran rayonunun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatları və KİV-lərin, habelə dini icmaların və milli azlıqların nümayəndələri iştirak etmişlər.
        Ombudsman Lənkəran sakinlərinə ölkəmizdə həyata keçirilən demokratik-hüquqi və sosial-iqtisadi islahatların məntiqi davamı kimi, insan hüquq və azadlıqlarının müdafiəsi, təmin edilməsi istiqamətində mühüm islahatların aparıldığını, MFP-nin təsdiq olunduğunu, 18 iyun -- Milli İnsan Hüquqları günü münasibətlə insan hüquqları aylığı çərçivəsində respublikamızın bütün rayonlarında müvafiq tədbirlərin təşkil edildiyini, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi sahəsində tədbirlərin görüldüyünü, bu sənədin tətbiqi ilə bağlı ölkəmizin bütün rayonlarında ictimai dinləmələrin keçiriləcəyini bildirmişdir. O, respublikamızın bütün regionlarında sosial-iqtisadi inkişafın geniş vüsət aldığını, bölgələrdə, o cümlədən Lənkəranda nəhəng quruculuq və abadlıq işlərinin aparıldığını, yoxsulluğun azaldılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, insanların həyat şəraitinin xeyli dərəcədə yaxşılaşdığını diqqətə çatdırmışdır.
        Bu ilin həm də Prezident seçkisi ili olduğunu, yaxın günlərdə seçki kampaniyasına start veriləcəyini, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi tadbirlər planı, təlimatlar haqqında məlumat verən Müvəkkil qarşıdakı seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulamış, dairə seçki komissiyalarının, icra hakimiyyəti orqanlarının, polisin üzərinə düşən vəzifələr barədə danışmış, müvafiq tövsiyələr vermişdir.
        Lənkəran rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov bu ictimai dinləmənin təşkilinə görə Ombudsmana minnətdarlığını bildirmiş, ölkədə insan hüquq və azadlıqlarının təmini, müdafiəsi sahəsində həyata keçirilən köklü islahatlar, MFP-nin qəbul olunmasının əhəmiyyəti, rayonda bu sənəd üzrə keçirilmiş tədbirlər barədə məlumat vermişdir. O, Lənkəranda geniş quruculuq işlərinin aparıldığını, diaqnostika müalicə mərkəzinin, səhiyyə və təhsil müəssisələrinin, yeni məktəblərin, əlillər üçün 36 mənzillik evlərin, həmçinin yüksək standartlara cavab verən turizm obyektlərinin tikildiyini, iş yerlərinin açıldığını, sahibkarlar üçün geniş imkanların yaradıldığını diqqətə çatdırmışdır.
        Tədbirdə iştirak edən H.Rəcəbli ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində göstərdiyi səylərə görə Müvəkkilin fəaliyyətini yüksək qiymətləndirmiş, Ombudsman təsisatı ilə parlamentin səmərəli əməkdaşlığını, E.Süleymanovanın mühüm təkliflər irəli sürdüyünü vurğulamışdır. O, Azərbaycanda insan hüquqlarının, o cümlədən sosial hüquqların effektiv təmin olunduğunu, Lənkəran daxil olmaqla ölkəmizin bütün regionlarında əhalinin hüquqlarının müdafiəsi istiqamətində mühüm islahatların həyata keçirildiyini, vətəndaşların sosial rifahının daha da yaxşılaşdığını bildirmiş, həmçinin milli qanunvericiliyin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi, MFP-də insan hüquq və azadlıqlarının təmini istiqamətində müddəaların təsbit olunması və uğurla həyata keçirildiyi barədə geniş məlumat vermişdir. Millət Vəkili əhalinin Prezident seçkilərində fəal iştirak etməyə çağırmışdır.
        DSK sədrləri rayonda seçkilərə hazırlıq prosesi, seçici siyahılarının təkmilləşdirilməsi vəziyyəti, əhalinin şəxsiyyət vəsiqələri ilə təmin olunması barədə danışmışlar.
        Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, rayonun müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi vəziyyəti barədə məlumat vermişlər.
        Yerli QHT-lərin, icmaların və milli azlıqların nümayəndələri bu tədbirin təşkilinə, göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürlərini bildirmiş, müzakirə olunan məsələ ətrafında öz mülahizələrini söyləmişlər.
        E.Süleymanova ölkəmizdə hər bir kəsin, o cümlədən milli azlıqların hüquqlqarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, bu sahədə mühüm qanunvericilik sisteminin formalaşdığını diqqətə çatdırmış, vətəndaşların hüquqi maarifləndirilməsinin, MFP-nin həyata keçirilməsində vətəndaş cəmiyyətinin, o cümlədən icmaların cəlb edilməsinin əhəmiyyətini qeyd edərək, seçicilərin hüquqlarının, sərbəst toplaşma azadlığının təmin olunması ilə bağlı tədbirlərin görülməsinin, birgə əməkdaşlığın zəruriliyini vurğulamış, həmçinin qaldırılan problemlərin həlli məqsədilə müvafiq orqanlara tapşırıqlar vermişdir.
        Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər paylanmışdır.
        Səfər çərçivəsində İnsan Hüquqları üzrə Müvəkkil Lənkəran Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, hüquq pozuntuları, saxlanılanlara qarşı kobud rəftar aşkar edilməmişdir. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müəssisə rəhbərliyinə müvafiq tövsiyələt verilmişdir.


    30.07.2008 | 

    Geri 



    Yeni bülletenlər
    [ 30.08.2008 ] OMBUDSMANIN QƏBUL OTAĞINDAN

    [ 30.08.2008 ] DÖVRİ MƏTBUATDA DƏRC OLUNAN YAZILAR

    [ 30.08.2008 ] AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI

    [ 30.08.2008 ]  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI

    [ 27.08.2008 ] Ombudsmanın müraciətləri əsasında bu günədək 240 məhkum əfv olunmuşdur

      © 2007  Ombudsman.gov.az