» Xəbərlər
21/05/13Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri başçəkmələr həyata keçirmişlər

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağandakı Əqli qüsurlu uşaqlar üçün 3 saylı internat evinə və Buzovnadakı Ruhi-əsəb xəstələri üçün 9 saylı internat evinə başçəkmələr həyata keçirmişlər.
21/05/13Bərdə rayonunda ictimai dinləmə keçirilmişdir

Xəbər verildiyi kimi, Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirir. Növbəti ictimai dinləmə rayon icra hakimiyyəti, məhkəmə, prokurorluq, polis orqanlarının, dairə seçki komissiyaları və bələdiyyələrin, habelə ictimaiyyətin, yerli qeyri-hökumət təşkilatları və KİV-in nümayəndələri, məcburi köçkünlər, icmalar, ağsaqqallar, çoxsaylı qadınlar, gənclər, müəllimlər, digər ziyalıların iştirakı ilə Bərdədə təşkil olunmuşdur.
20/05/13Ombudsmanın təşəbbüsü ilə İnsan hüquqları aylığı keçiriləcəkdir

Məlum olduğu kimi, hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar günlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir.
18/05/13Ombudsman AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təşəkkürnaməsinə layiq görülmüşdür

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın vaxtilə yaratdığı, artıq on iki ildir ki, müntəzəm fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) və bu qurumun Liderlik Məktəbi uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət almasında mühüm rol oynayır və öz dəyərli töhfələrini verir. Hazırda Müvəkkilin Uşaq hüquqları üzrə resurs mərkəzi olan bu şəbəkə hələ 2000-ci ildə, Minilliyin Sülh Günündə yaradılmış, ölkəmizdə uşaq və gənclərin ilk müntəzəm birliyi olaraq ətrafına çoxsaylı bacarıqlı uşaq və gəncləri toplamaqla analoqu olmayan geniş hərəkata çevrilmişdir.
17/05/13İsmayıllıda ictimai dinləmə keçirilmişdir

Xəbər verildiyi kimi, Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirir. Növbəti ictimai dinləmə icra hakimiyyəti, məhkəmə, prokurorluq, polis, orqanlarının, dairə seçki komissiyaları və bələdiyyələrin, habelə ictimaiyyətin, yerli qeyri-hökumət təşkilatları və KİV-in nümayəndələri, qadınlar, gənclər, müəllimlər, digər ziyalılar, şəhər və kənd sakinlərinin iştirakı ilə İsmayıllıda təşkil olunmuşdur.
17/05/13İctimai dinləmələr davam etdirilir

Ombudsman Elmira Süleymanova ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirir.
16/05/13Ombudsman Aparatının rəhbəri Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) prezidenti cənab Nicolas le Cozun rəhbərlik etdiyi nümayəndə heyəti qəbul edilmişdir. Görüşdə GRETA-nın vitse-prezidenti xanım Alina Brasoveanu və xanım Claduia Lam iştirak etmişlər.
16/05/13İctimai dinləmələr davam etdirilir

Məlum olduğu kimi, Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirir. Növbəti ictimai dinləmə Oğuz rayonunda təşkil olunmuşdur.











